EN

ARDNF “SimCorp” Suveren Sərvət Fondu Forumunda iştirak edib - FOTO

ARDNF-nin nümayəndə heyəti 17 aprel tarixində London şəhərində "SimCorp" Qlobal Zirvəsi çərçivəsində baş tutan "SimCorp" Suveren Sərvət Fondu Forumunda iştirak edib.

Bu il ilk dəfə keçirilən Forum məlumatların idarə olunması sahəsində texnoloji yeniliklərin və innovativ həllərin müzakirəsi və təcrübə mübadiləsi məqsədilə suveren sərvət fondlarının mütəxəssislərini bir araya toplayan unikal platformadır.

Tədbirdə iştirak edən ARDNF-nin Risklərin idarəolunması departamentinin direktoru Vadim Pşeniçnıy "Suveren fondun idarəoluması: ARDNF modeli" mövzusunda təqdimatla çıxış edib və Forum iştirakçılarına Fondun investisiya portfeli, dövlət büdcəsinə və ölkə iqtisadiyyatına töhfəsi barədə ətraflı məlumat təqdim edib. Çıxış zamanı Vadim Pşeniçnıy "Simcorp" sisteminin Fondun struktur bölmələrinin investisiya fəaliyyətinin əlaqələndirilməsində, eləcə də, investisiya portfelinin idarə edilməsi, gəlirlilik və risk kimi müxtəlif göstəricilərin ölçülməsində, müvafiq hesabatların hazırlanmasında və ümumilikdə Fondun investisiya fəaliyyətinin avtomatlaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, investisiya sahəsi üzrə 1000-dən artıq peşəkarın hər il qatıldığı "SimCorp" Qlobal Zirvəsinin məqsədi bu sahə üzrə fəaliyyət göstərən qurumları müasir texnologiyanın təqdim etdiyi üstünlüklərdən yararlanmağa təşviq etməkdir.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
2
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8320
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5350
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5165
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4913
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4703
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3826
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3113
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2872
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2811
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2776
Sabah 20 dərəcə isti olacaq
2714
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2307
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2280
Röyanın biabırçı videosu yayıldı
2262
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2094
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1892
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1764
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1711
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1689