EN

Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilirVİDEO

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla keçirilən fərdi hazırlıq məşğələlərində onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
Bundan başqa, şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
113
9
Sources
Comment ()
Close