EN

Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələrə qoşulub

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüssel şəhərindəki mənzil qərargahında "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının İdarəetmə Komitəsinin 33-cü iclasında iştirak edib.Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, Kioto Konvensiyasının ümumi və xüsusi əlavəsinin müvafiq fəsillərinə izahatların, arayışların yenilənməsi məqsədilə təşkil olunan tədbirdə DGK-nın Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev iştirak edib.İclasda mənşə ölkəsi üzrə təlimatlar layihəsi, gömrük hüquqpozmaları, tranzit, gömrük anbarları və sərbəst zonalar, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub.İclasda üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılaraq təklif və rəyləri dinlənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
4
bakivaxti.az

5Sources