EN

“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
 
Moderator.az-a danışan əməkdar artist Firuzə İbadovanın qızı məlumatı təsdiqləyib.
 
“Cavanşir müəllim bu dəqiqə vəfat edib. Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Bizə də indi deyiblər, donub qalmışıq. Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini. Anam donub qalıb, şok yaşayır. Ona görə də telefonlara mən cavab verirəm”, - deyə əməkdar artistin qızı bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31649
50
moderator.az

10Sources