EN

Qobustanda 70 ədəd enliyarpaq və iynəyarpaqlı ağac əkilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası keçirilib.
 
Qobustan RMX-dan Aztibb.az-a verilən məlumata görə, müəssisənin direktoru Günay Muradova kollektivilə birlikdə xəstəxana ərazisində təmizlik aksiyası aparıb.
 
Tədbirin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumaqdan ibarətdir.
 
Qeyd edək ki, aksiya zamanı enliyarpaq və iynəyarpaqlı ağac növlərindən ibarət 70 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
Sources
Comment ()
Close