"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşıBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.Adalet.az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Köhlən atlar”ın 72 xalı var, “qırmızı-qaralar” 16 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıblar.Günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, “ağ-qaralar” 47 xalla üçüncü sıradadır.Azərbaycan Premyer LiqasıXXXI tur20 aprel (şənbə)16:30. “Qarabağ” - “Qəbələ”Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy RəhimovHakim-inspektor: Barış ŞimşekAFFA nümayəndəsi: Asif ƏliyevTofiq Bəhramov adına Respublika Stadionu19:00. “Zirə” - “Neftçi”Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal UmudluHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: İlham ƏliyevZirə İdman Kompleksinin stadionuQeyd edək ki, ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.