EN

Emeri “Barselona”nın baş məşqçisi ola bilər

İspaniyanın “Barselona” klubunda baş məşqçi postuna daha bir namizəd bəlli olub.

Msport.az xəbər verir ki, hazırda İngiltərədə “Aston Villa”nın sükanı arxasında olan Unai Emeri Kataloniya təmsilçisində işləyə bilər.

“Barselona” rəhbərliyi 52 yaşlı ispaniyalının baş məşqçi postuna ən yaxşı namizəd olduğu qənaətindədir.

Qeyd edək ki, 2021-ci ilin noyabrından “Barselona”nı çalışdıran Xavi komandadan gedəcəyini üç ay əvvəl açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
140
Sources
Comment ()
Close