EN

Kubokda qaydalar dəyişdi - Heç-heçə zamanı əlavə oyun olmayacaq

Sportinfo.az xəbər verir ki, növbəti mövsümdən etibarən İngiltərə kubokunda heç-heçə zamanı əlavə oyun olmayacaq.

Hazırkı qaydalara əsasən, kubokun 1,2,3 və 4-cü mərhələlərində heç-heçə olarkən daha bir oyun keçirilirdi. 5-ci mərhələdən sonra isə bu qayda 2018-ci ildən yığışdırılmışdı.

Qaydalarda dəyişikliyin əsas səbəbi təqvimin sıxlığıdır. Xüsusilə də avrokuboklarda oyunlara görə komandaların üzərinə əlavə yük düşür.

Daha bir yenilik oyunların keçirilmə vaxtıdır. 5-ci mərhələdən başlayaraq bütün oyunlar həftənin son günlərində oynanılacaq.

Kubokun final görüşü isə Premyer Liqanın son turundan əvvəlki bazar günü keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
Sources
Comment ()
Close