Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon əlaqəsi saxlayıb.
Telefon danışığı zamanı aprelin 17-18-də Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ dövlət və hökumət başçılarının sammitində Türkiyə ilə bağlı qəbul edilmiş qərarların nəticələri müzakirə edilib.