EN

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Türkiyə Superliqasında 33-cü tura start verilib.

SİAxəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Beşiktaş" evdə "Ankaragücü" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 18-ci dəqiqədə Ernest Muçi və 67-ci dəqiqədə Cekson Muleka vurub.

Bu nəticədən sonra xallarını 51-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Ankaragücü" isə 37 xalla on üçüncü yerdə qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
2
sia.az

3Sources