EN

S&P İranla münasibətlərin pisləşməsi fonunda İsrailin reytinqini aşağı salıb

Beynəlxalq reytinq agentliyi Standard & Poor’s (S&P) İranla münasibətlərin pisləşməsi fonunda İsrailin uzunmüddətli kredit reytinqini “AA-“dən “A+”-a endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, İsrailin uzunmüddətli kredit reytinqləri həm xarici, həm də yerli valyutada “AA-”dan “A+”ya, qısamüddətli isə “A-1+”dan “A-1”ə endirilib.

“Uzunmüddətli reytinqlər üzrə proqnoz neqativdir”, – S&P-nin açıqlamasında deyilir.

Onlar qeyd ediblər ki, yəhudi dövlətinin dövlət büdcəsinin kəsiri 2024-cü ildə ÜDM-in 8%-nə qədər artacaq, bunun əsas səbəbi müdafiə xərclərinin artmasıdır.

Reytinqin aşağı salınması İranın öz ərazisinə etdiyi hücumlardan sonra İsrailin üzləşdiyi geosiyasi risklərin artması ilə bağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
9
nocomment.az

9Sources