EN

Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək -ŞƏRH

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqlarl üçtərəfli Bəyanatın 3-cü bəndinə əsasən keçmiş Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent Qarabağ ərazisində yerləşdirilmişdi. Bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin qalma müddətinin 5 il olduğu və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etmədiyi təqdirdə, müddətin avtomatik olaraq növbəti dəfə 5 ilə uzadılması göstərilib.

Tarixi Zəfərimizlə başa çatan Qarabağ müharibəsindən ötən üç il yarım müddətdə istər daxildə, istərsə də xaricdə çoxsaylı cəfəng fikirlər səsləndirərək sülhməramlıların yerləşdirilməsini Rusiyanın Azərbaycan ərazisində əbədi mövcudiyyəti kimi təqdim edirdilər. Bəzi qüvvələr hay-küy salırdılar ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən, regiona yerləşdirilmiş sülhməramlı qoşunlar (2025-ci il noyabrın 10-da çıxarılması nəzərdə tutulurdu) daimi əsaslarla xidmət aparacaqlar.  Ancaq bu düşüncələr olduqca yanlış idi. Çünki sülhməramlı kontingent heç bir halda gizli bir statusla Qarabağa yerləşdirilməmişdi. Sülhməramlı missiya regionda sülhyaratmanın bir mexanizmi kimi fəaliyyət göstərdi. Keçən müddət ərzində sülhməramlıların fəaliyyəti bəzi hallarda mediada, ictimai sferada tənqidlərə məruz qalsa da kontingent sülh mexanizminin bir detalı oldu. Azərbaycan dövlət olaraq elə bir mexanizm qurdu ki, zaman keçdikcə sülhməramlıların əməliyyat modeli daraldı. Azərbaycan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində öz suverenliyini bərpa etdikdən sonra Rusiya sülhməramlılarının regionda xidməti üçün səbəb qalmadı. Çünki regionda separatizm məhvə məhkum oldu, üstəlik, ermənilər öz istəyi ilə Qarabağı tərk edib getdilər. Bununla da sülhməramlıların fəalliyyətinə əsas qalmadı.

Münaqişənin həllindən sonra Rusiya anladı ki burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açacaq. Bu  gün sülhməramlı kontingentin Azərbaycan ərazisindən hətta 10 noyabr Bəyanatında nəzərdə tutulan vaxtdan əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarın qəbul edilməsi radikal xislətlilərə tutarlı cavab oldu. Qarabağ iqtisadi regionunda müvəqqəti  yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinə artıq başlanılıb. Sözügedən məsələni Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də təsdiqləyib. O bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: "Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Bu reallıq həm də proqnozları ilə Azərbaycan daxilində və Azərbaycan-Rusiya münasibətlərində gərginliyə yol açmaq istəyənlərin nə qədər qərəzli olduğunu bir daha sübut etdi. Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik kontekstində mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır”.

Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.

Bu gün baş verən hadisələrə nəzər saldıqda dövlət başçımızın "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrinin nə dərəcədə mühüm olduğu bir daha öz təsdiqini tapır.

Şəmsiyyə Əliqızı, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
227
1
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22899
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13526
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11333
Helikopterin qalıqları tapılıb
8798
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7931
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6942
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6657
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5151
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4599
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4079
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3797
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3643
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3529
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2795
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2065
Azərbaycan nefti ucuzlaşdı
1609
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1594
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1341