EN

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

Bakı, 19 aprel, AZƏRTAC

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Tea Axvledianinin iştirakı ilə Dmanisi və Kvemo Kartli bölgəsində məlumatlandırma kampaniyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, nazir bu bölgələrdən bir araya gəlmiş ictimaiyyət nümayəndələrinə çoxkomponentli kampaniya barədə məlumat verib. Qeyd olunub ki, aprelin 16-da başlayan və mayın 22-dək davam edəcək kampaniyanın məqsədi Gürcüstan vətəndaşı olan etnik azlıqları cari dövlət proqramları və xidmətlər, eləcə də digər aktual məsələlər barədə məlumatlandırmaqdan ibarətdir.

Görüşdə çıxış edən Dmanisi rayonunda fəaliyyət göstərən “Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi”nin rəhbəri Kamran Xıdırov və birliyin gürcü dili müəllimi Maya Xmaladze Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində gürcü dilinin tədrisinə xüsusi yer verildiyini bildiriblər. Son üç il ərzində ali məktəblərə qəbul olan azərbaycanlıların sayının artdığı, həmçinin bu layihələrin yerli etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynadığı nazirin diqqətinə çatdırılıb.

Nazir bildirib ki, bu ildən azərbaycanlılar üçün ali təhsil müəssisələrində dövlət hesabına ödənişsiz yerlərin sayı 100-dən 200-ə çatdırılıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Kvemo Kartli bölgəsindən başlanan məlumatlandırma kampaniyası çərçivəsində müvafiq nazirliklərin yüksəkixtisaslı nümayəndələrinin rayonun 70-ə yaxın kəndinin sakinləri ilə görüş keçirəcəyi planlaşdırılır.

Kampaniya çərçivəsində vətəndaşlar təhsil, dövlət dilinin öyrədilməsi, səhiyyə, kənd təsərrüfatı, sosial yardım və qrantlar, dövlət proqramları və xidmətləri, ödənişsiz hüquqi yardım və dövlət tərəfindən təyin olunmuş dəstək tədbirləri haqqında məlumat almaq imkanı əldə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
1
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17154
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12388
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9921
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4042
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3621
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3137
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2961
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2552
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2177
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2088
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1519
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1081
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1003
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
962
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
941
Mayın ilk gününün havası açıqlanıb
864
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
771