EN

1 tondan çox narkotik dövriyyədən çıxarıldı

Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyində Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.

 

"Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb. ", - deyə nazir qeyd edib.

 

Nazir onu da əlavə edib ki, 2024-cü ilin birinci rübündə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
1
modern.az

2Sources