EN

"Qarşıdakı altı oyunda azarkeşlərimiz bizə çox lazımdırlar" - Vircil van Deyk

Çempionlar Liqasının 1/4 finalında "Atalanta"ya məğlub olaraq (0:3, 1:0) mübarizəni dayandıran "Liverpul"un kapitanı Vircil van Deyk komandasının İngiltərə çempionu olmaq şanslarını dəyərləndirib.   Manset.az Fanat.Az-a istinadən xəbər verir ki, niderlandlı müdafiəçi fikirlərini klubun rəsmi saytına bölüşüb:

"Biz komanda olaraq əvvəllər də çox çətinliklərdən keçmişik. "Atalanta" ilə səfər qarşılaşması çətin alındı, "Fülhem"lə çempionat matçı da asan olmayacaq. Hamımız bilirik ki, bu qarşılaşmaya həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşmalıyıq. İndiki hədəfimiz budur. Əlbəttə, məyusuq, ancaq bu barədə düşünməyə vaxt yoxdur. Ümid edirəm ki, azarkeşlərimiz bizi bazar günü dəstəkləyəcəklər. Onlar hər şeyə aydınlıq gətirəcək qarşıdakı altı oyunda bizə çox lazımdırlar".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
Sources
Comment ()
Close