Bakı, 19 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 22 Aprel - Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, çiçəkəkmə aksiyasında Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatının üzvləri, BDU könüllüləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər. Aksiyada 500-dək gül əkilib. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.
Qeyd edək ki, Beynəlxalq Yer Günü ilk dəfə 1970-ci ildə qeyd olunub. Hazırda dünyanın 190-dan çox ölkəsi bu günü qeyd edir.