EN

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

Azərbaycan atıcıları Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, atıcılıq üzrə səngər stendi (trap) komandasının üzvləri Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev Azərbaycanı turnirdə təmsil edəcəklər.

Bu gün startı veriləcək stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatı aprelin 29-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
4
futbolpress.az

6Sources