EN

Əməliyyata hazırlaşan Allahverdi Yolçuyev: “Dərmanlarım bahadır, təqaüdüm çatmır” – ÖZƏL 

“Əməliyyata hazırlıqlar gedir. Artıq xəstəliyimlə əlaqədar xarici ölkəyə getməyə gərək qalmadı. Bakıda gözəl klinika var məni orada yaxın zamanda əməliyyat edəcəklər. Xərcləri isə tibb müəssisə öz üzərinə götürüb. Analizlərim (qan nümünələrim, təzyiq, ürək, ciyər və sayra) əməliyyat olunmağım üçün uyğun gəlməlidir. Əməliyyat isə beynimdə olacaq. Əməliyyat olunacağımla bağlı qorxum yoxdur. Artıq 5 ildir ki, əllərimdə əsməm var”. 

Bu sözlər məşhur aktyor Allahverdi Yolçuyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Hazırda heç bir yerdə işləmədiyini söyləyən sənətkar bildirib ki, evdə dərmanlar qəbul edərək əməliyyata hazırlaşır: 

“Xəstəliyimlə bağlı müəyyən dərmanlar qəbul edirəm. O preparatlar əsməmi dayandırmalıdır. Hər həftə əməliyyat olunacağım klinikaya, həkimimin yanına gedirəm, müayinələrdən keçirəm. Tam hazır olanda əməliyyat olunacağam. Mütəmadi evdə oluram, axşamlar hava yaxşı olanda, çıxıb biraz gəzirəm. Ümumi vəziyyətim o qədər də yaxşı deyil. “Parkinson” xəstəliyinə tutulan insan necə ola bilər? Buna da şükür... 
Əvvəllər dublyaja və el şənliklərinə aparıcı kimi gedirdim. Amma indi bunu edə bilmirəm. Yüksək səsdən məndə stress yaranır və vəziyyətim pisləşir. Bunu etmək mənə olmaz. Beynə nə siqnal gedirsə, o da sənə elə cavab verir. Mən tam stresdən uzaq olmalıyam. Gəzməliyəm və çoxlu su içməliyəm. Əsəblərim sakit olmalıdır ki, xəstəliyim irrələməsin”. 

Aktyor aldığı təqaüdün dərmanlarına çatmadığını qeyd edib: 

“Təqaüdüm 310 manatdır. Poliklinikaya gedirəm ki, heç olmasa bəzi dərmanlarımı pulsuz alım. Həkimlər sağolsun, onlara müraciət edəndə bacardıqları qədər mənə yardım edirlər. Bir klinika 2 il tam təmənnasız dərmanlarımı verdi. Belecə, xəstəliyimin inkişafını dayandırdı. Bu dərmanlar isə mənə çox yaxşı təsir etdi. Dərmanlarımın qiyməti çox bahadır. Bir-iki dərman alırsan, görürsən ki, 200 manat xərcləndi. Təqaüdüm o dərmanlara çatmır. Kifayət qədər bahadır”. 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10270
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8045
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3342
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1687
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1582
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1579
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1528
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1056
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
743
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
643
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
573
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
533
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
385
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
342
Arda dubl etdi - VİDEO
300
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
290
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
253
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240