EN

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Hesablama

Bakı, 19 aprel, AZƏRTAC

Ötən 2023-cü il xalqımız və dövlətimiz üçün bir sıra vacib hadisələrlə yaddaşlarda qaldı. Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ - Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra, hər birimiz üçün əlamətdar olan “Heydər Əliyev İli”ndə Azərbaycanın öz suverenliyini tam bərpa etməsini çox böyük coşqu ilə yaşadı.

Qazanılan Zəfər müzəffər Ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də son illər dövlətimizin başçısı tərəfindən həyata keçirilən ardıcıl və davamlı islahatların, mükəmməl idarəetmənin kontekstində dövlət institutlarının daha operativ və kifayət qədər dolğun, məzmunlu fəaliyyətinin nəticəsidir. Bu baxımdan, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatası da 2023-cü il ərzində həmin fəaliyyətin səmərəliliyini, uyğunluğunu və şəffaflığını təmin edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, fəaliyyətinin əsas prinsipləri qanunçuluq, kollegiallıq, obyektivlik, peşəkarlıq, şəffaflıq, ədalətlilik və müstəqillik olan Hesablama Palatası 2023-cü ildə ümumilikdə 327 tədbir müəyyənləşdirib, görülmüş işlərin nəticəsində Milli Məclisə və Hökumətə fiskal məsələlərə dair rəylərdə ümumilikdə 100 tövsiyə verib. Büdcə qanunvericiliyinin pozulmasının qarşısının alınması ilə bağlı göstərilən səylər nəticəsində 55 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə geri qaytarılması xüsusi diqqətəlayiq məqamdır.

2021-ci ildə Hesablama Palatasının növbəti illərdə fəaliyyətini əhatələyəcək Strateji Plan qəbul etdiyini xatırladan deputat deyib: “Məhz “2021-2025-ci illər üzrə Strateji Plan” Hesablama Palatasının fəaliyyətinin yeni qlobal çağırışlara uyğun qurulmasında prioritet rol oynamaqla vətəndaşların həyat səviyyəsinin və rifah halının yüksəldilməsi prinsiplərinə əsaslanıb. Hazırda Hesablama Palatasının fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarəetməsində səmərəliliyin (DİM8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsində (DİM16) və vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv idarə edilməsində (DİM8 və DİM16) mühüm rolunu daha da artırmaqdır. Xüsusilə 2023-cü ildə bu fəaliyyət çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin daha da gücləndirilməsi müsbət dəyişiklik kimi diqqəti cəlb edir. Belə ki, qarşıdakı illərdə səmərəlilik auditi mövzularının DİM hədəfləri ilə uzlaşması mühüm tələblərdən biri kimi müəyyən olunub, hesabat ili, yəni, 2023-cü ildə 2 audit üzrə DİM qiymətləndirməsi aparılıb (DİM2 – Aclığa son və DİM3 – Yaxşı səhiyyə və rifah). Eyni zamanda, keçirilən auditlərdə DİM-in qlobal göstəricilər sisteminə daxil olan indikatorlar üzrə Dövlət Statistika Komitəsi tərəfindən hesablamaların audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı da təhlil olunub.

Əlavə olaraq 2023-cü ildə Hesablama Palatasının 2021-2022-ci illərdə keçirdiyi 5 auditin nəticəsinin INTOSAI-ın (Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı) DİM üzrə Atlasında ilk dəfə yerləşdirilməsi (DİM2, DİM3, DİM6, DİM11, DİM15) bir daha Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə diqqətini və sadiqliyini nümayiş etdirir”.

Məzahir Əfəndiyev sonda əlavə edib ki, fəaliyyəti dövlət vəsaitlərinin hüquqi aktların tələblərinə uyğun daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsi olan bir qurum kimi, Hesablama Palatasının Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi, qlobal çağırışlara daha uyğun və operativ qurulması hər birimizi sevindirir, DİM-lərin icrasında qabaqcıl olan ölkəmizin inkişafının daha dayanıqlı, innovativ olmasına öz töhfəsini verir.

Chosen
69
3
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19845
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18132
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17470
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16107
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15944
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15871
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15200
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11720
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11198
"Zaur, yenə çaşdın..." - VİDEO
8786
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7881
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7624
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7544
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7323
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6079
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696