Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.
Deputat hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz dövlət maraqlarından çıxış edərək Cənubi Qafqazda həyata keçirilməyə cəhd göstərilən planlara qarşı mövqeyini açıq şəkildə bildirir:
"Ötən günlərdə yaşanan İran və İsrail arasındakı münaqişə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırıb. Son məlumatlara görə, İran və İsrail arasındakı gərginlik yenidən pik həddə çatıb. İlham Əliyevin siyasi səriştəsi və uğurlu diplomatiyası sayəsində, bir çox bədxah siyasətçilərin gözləntilərinin əksinə olaraq, Rusiya sülhməramlıları səlahiyyət müddəti başa çatmadan Qarabağı tərk edirlər. Artıq, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Regionun müstəqil siyasət yürütməyən bir sıra dövlət başçılarından fərqli olaraq, İlham Əliyev açıq şəkildə Azərbaycanın xarici siyasətinin gələcək trayektoriyasını müəyyən etdi. Milli Məclisdəki andiçmə mərasimində prezident “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünkü o bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur” deyə qeyd edərək, ölkəmizin prioritet siyasətinin Türk Dövlətləri təşkilatını gücləndirmək və onu qlobal arenada güc mərkəzinə çevirmək olduğunu vurğuladı".
Vahid Əhmədov qeyd etdi ki, hazırda Azərbaycanın qarşısında duran əsas məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılmasıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
3Sources
-
demokrat.az"İlham Əliyevin siyasi səriştəsi sayəsində Rusiya sülhməramlıları səlahiyyət müddəti başa çatmadan Qarabağı tərk edirlər" ( 5634850)
-
modern.azİlham Əliyevin siyasi səriştəsi sayəsində sülhməramlılar Qarabağı tərk edirlər ( 5635525)
-
redaktor.az"İlham Əliyevin siyasi səriştəsi sayəsində Rusiya sülhməramlıları səlahiyyət müddəti başa çatmadan Qarabağı tərk edirlər" ( 5633341)