EN

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

Bakı, 18 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Botanika və bitki fiziologiyası kafedrasının dosenti, biologiya elmləri doktoru Zülfiyyə Məmmədova mövzu ilə bağlı təqdimatında qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında ölkəmizdə keçirilməsi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi bioloq alimlərin qarşısında mühüm öhdəliklər qoyur.

Elmi seminarda ölkə ərazisində yaşıllaşdırma məqsədilə ekoloji streslərə davamlı olan fəsilələrə aid nümayəndələr haqqında ətraflı məlumat verilib. Bu fəsilələrdən sərvkimilər (Cupressaceae Neger.), zeytunkimilər (Oleaceae Lindl.), gülçiçəyikimilər (Rosaceae Juss.), söyüdkimilər (Salixaceae Lindl.), doqquzdonkimilər (Caprifoliaceae Vent.), mirtkimilər (Myrtaceae Pers.) və paxlakimilərin (Fabaceae Lindl.) xarakerik xüsusiyyətləri izah olunub. Seminarda, həmçinin Ermənistan tərəfindən işğal dövründə ekoloji genosidə məruz qalmış ərazilərimizdə zəngin floristik tərkibi yenidən bərpa etmək üçün həmişəyaşıl ağacların əkilməsi, o cümlədən irigül buynuzlalə (Glaucium grandiflorum Boiss.), alabəzək dağtərxunu (Tanacetum coccineum (Willd). Grierson), dərman pişikotu (Valeriana officinalis L.), böyük dəmrovotu (Chelidonium majus L.), Qarabağ sürvəsi (Salvia karabachensis Pobed.), ətirli bənövşə (Viola odorata L.), çəhrayı gülxətmi (Alcea rosea L.) və s. kimi bitkilərin becərilməsi tövsiyə olunub.

Chosen
80
1
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21964
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18355
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17831
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17382
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17200
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16282
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15673
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12189
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11330
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9923
"Zaur, yenə çaşdın..." - VİDEO
8913
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8763
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8093
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7678
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7319
Minimum əmək haqqı nə qədər arta bilər?
7133
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6516
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5837