Vadim bəyin “Football-plus.az”a verdiyi məlumata görə, Heydər Əliyev Fondu onun müalicə xərclərini öz üzərinə götürüb:
“Çox təşəkkür edirəm ki, Heydər Əliyev Fondu müraciətimi cavabsız qoymadı. Müalicəm “Liv Bona Dea” xəstəxanasında davam edir. Daha doğrusu, ora gedib-gəlirəm. Mənlə yüksək səviyyədə maraqlanırlar. İndiyə qədər bir neçə analiz vermişəm. Narahatlığım yoxdu. Sabah yenidən həkim qəbulunda olacam”.
Veteran futbolçu sabiq klubu “Neftçi”nin ona yardım edib-etmədiyi haqda bunları dedi:
“Bəli, kömək edəcəklərini demişdilər. Bu haqda mətbuatdan oxumuşdum... Amma heç kim əlaqə saxlamadı”.
Xatırladaq ki, Vasilyev fevralda insult keçirdiyindən xəstəxanaya yerləşdirilmişdi.
KƏNAN BAHADIR