EN

"Liverpul"u keçənə medal düşür"

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasında "Liverpul"u mübarizədən kənarlaşdırmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İtaliyada ingilislərə məğlub olduqları oyundan (0:1) sonra bunları deyib:

"Gözəl komandamız var. İndi yarımfinalı qeyd edəcəyik, sonra məşqlərə başlayacağıq. "Liverpul"la oyun əla alındı. Müdafiədə etibarlı oynadıq. Onların təzyiqinin öhdəsindən gələ bildik. Karyeramda kubok olmaya bilər, amma bir neçə medalım var. Məncə, "Liverpul"u keçənə də medal düşür".

"Atalanta" iki oyunun nəticəsinə görə (3:0, 0:1) yarımfinala yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
Sources
Comment ()
Close