EN

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür

Şimali Koreya son günlər gərginliyin artmasından sonra Cənubi Koreya sərhədindəki küçə işıqlarını sökməyə başlayıb.Ednews xəbər verir ki, bu barədə “The Korea Herald” qəzeti məlumat yayıb.
Cənubi Koreya hərbçiləri müəyyən ediblər ki, Şimal 2004-cü ildə Koreyalararası barışıq prosesinin bir hissəsi kimi qurulan və sonradan ləğv edilən Kesonq Sənaye Kompleksindən Kumqanqsan dağına qədər yollardakı küçə işıqlarını söküb.
Cənubi Koreya ordusu tərəflər arasında gərginliyin artması səbəbindən yanvar ayında bölgəyə Şimali Koreya əsgərlərini göndərmişdi.
Sənaye kompleksindəki şirkətlərdə çalışan işçilərin istifadəsi üçün salınan yol 2016-cı ildə Şimali Koreyanın nüvə və raket sınaqları nəticəsində obyektlə birlikdə bağlanıb.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam, sərhəddə yerləşən Kaesong şəhərində ölkələrinin qapalı birgə sənaye obyektində 30 fabrikin olduğunu söylədi.
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “daimi düşmən” kimi təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını tələb etmişdi.
Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
1
ednews.net

3Sources