EN

İsrailin İrana hücumu fonunda neftin qiyməti qalxdı

Müəllif:Ayşən İmanova/Banco.az
Neft qiymətləri İsrailin İsfahana hücumundan sonra bahalaşıb. Bu xəbər Yaxın Şərqdə artan münaqişə və regiondan neft tədarükünün məhdudlaşdırılması qorxusunun yeni dalğasına səbəb olub.
Banco.az xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün 88,81 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 1,7 dollar (1,95%) bahadır. Cümə axşamı bu kontraktlar 0,18 dollar (0,2%) ucuzlaşaraq 87,11 dollar/barel olub.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” markalı neftin may fyuçerslərinin qiyməti bu dəfə 1,7 dollar (2,05%) artaraq 84,43 dollar/barelə çatıb. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 0,04 dollar (0,1%) artaraq bir barel üçün 82,73 dollar təşkil edib. Ən sərfəli kredit üçün müraciət et



Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
2
banco.az

3Sources