EN

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

Danimarkanın paytaxtı Kopenhagendə bir neçə gün əvvəl yanmış tarixi birja binasının fasadı uçub.
Trend-in məlumatına görə, hadisə yerində xilasetmə və təmir-bərpa briqadaları işləyir. Digər divarların da uçma riski olduğu üçün bərkitmə işləri aparılır. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
Qeyd edilib ki, 1625-ci ildə tikilən binanın divarları yanğın nəticəsində ciddi şəkildə zədələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
145
3
xalqcebhesi.az

4Sources