EN

Bakıda avtomobil 7 yaşlı uşağı vurub

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Buzovna qəsəbəsində yolu keçən 2017-ci il təvəllüdlü Əliyeva Arzu Mehrab qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
176
50
report.az

10Sources