EN

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb. 

Bizim.Media xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov 1/16 final çərçivəsində Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb. 

Döyüş boksçumuzun qələbəsi ilə başa çatıb. Həsənov 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də olacaq. 

Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
19
bizim.media

10Sources