EN

Xalq antimilli ünsürlərə çoxdan “yox” deyib...

Ötən əsrin 90-cı illərinin kirini, pasını üzərində daşıyan, hələ də yeniləşə bilməyən, nəinki mitinq, hətta heç bir çağırışına məhəl qoyulmayan, dağıdıcı iddia və ideyaları cəmiyyət tərəfindən birmənalı şəkildə rədd edilən radikal düşərgənin üzvləri sosial şəbəkələrdə özləri deyib-özləri eşidirlər

Son zamanlar radikal müxalifət təmsilçilərinin sosial şəbəkələrdəki antimlli fəaliyyətini izlədikcə ötən əsrin təlatümlü 90-cı illəri kino lenti kimi gözümüzün önündə canlanır. Məhz həmin sima(sız)lar hələ də o illərin küçə və çayxana psixologiyasından əl çəkə bilmirlər. Başda AXCP və “Milli Şura” olmaqla bu düşərgənin təmsilçiləri otuz ildən artıq müddətdə konstruktivlikdən, reallıqdan uzaq  düşərək şəxsi ambisiyaları naminə  normal, sivil mübarizə metodlarına arxa çevirərək inkarçılığı fanatizm səviyyəsinə çatdırdıqlarından tamamilə marginallaşaraq özlərini cəmiyyətdən təcrid ediblər.

Siyasi şüuru və ümummədəni səviyyəsi aşağı olan, kompromisi və konsensusu, konstruktivliyi və  quruculuğu rədd edən, alternativliyi ümumiyyətlə, qəbul etməyən, “bizim kimi düşünməyənlər bizə düşməndir” prinsipi ilə hərəkət edən bu pozucu qüvvələr cəmiyyətin tənqidlərinə,  rəqiblərinin alternativ fikirlərinə, rasional düşüncələrinə belə dözümsüzlük nümayiş etdirirlər.

Bütövlükdə bu qaragüruh hələ də 30 ilin kirini, pasını üzərində daşıyır. Silkinib, arınıb, durulub yeniləşə bilmir.  Tərəddüdsüz demək olar ki, şüurun, təfəkkürün, mənəviyyatın kirlənməsi ölkəmizdəki dağıdıcı müxalifətin sağalmaz xəstəliyidir. Başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifət təmsilçiləri otuz ilə yaxın bir müddətdə yoluxduqları pozuculuğu, inkarçılığı, hər şeyi qara rəngdə görmək mərəzini cəmiyyətə bulaşdırmaq istəsələr də heç nəyə  nail ola bilmirlər. Bu marginal zümrə yuxarıda qeyd etdiyimiz kimi, ötən əsrin 90-cı illərinin məngənəsindən çıxa bilmədikləri üçün  hələ də dərk edə bilmirlər ki, artıq cəmiyyətimiz zamanın tələbinə uyğun olaraq dəyişib, insanların demokratiya, siyasi mədəniyyət anlayışları təzələnib. Bu səbəbdən sağlam düşüncəli ictimai rəy süni zəkaların tarixə və həyata daxil olmağa başladığı indiki dövrdə xaricdən alınanan qrantların sayəsində sosial şəbəkə seqmentlərində siyasi demoqogiya, ucuz populizmlə məşğul olan bu qaragüruhçuların boş cəfəngiyyatlarına nəinki əhəmiyyət vermir, hətta ikrah hissi ilə qarşılayır. Buna görə də cəmiyyətin siyasi konstruksiyasında yer tapa bilməyən, bütün “fəaliyyət”i anti-Azərbaycan xarakteri daşıyan, bu üzdən də sosial dayaqlarını tamamilə itirən dağıdıcı müxalifətin təmsilçiləri sosial şəbəkələrdə özləri deyib-özləri eşidirlər.

Bu, bir gerçəklikdir ki, anti-Azərbaycan dairələrin maliyyə dəstəyi ilə sosial şəbəkələrdə əsassız iddialarla dolu bəlağətli çıxışlarla hər addımda  cəmiyyəti çaşdırmağa çalışan Əli Kərimli, Cəmil Həsənli və onların xaricdəki qulbeçələri olan Qənimət Zahid, Sevinc Osmanqızı kimilər yalançı illüziyalarla, saxta “demokratiya”, insan haqları” ilğımları, təxribatçı addımları ilə ölkədə  süni gərginlik və narazılıq dalğası yaratmağa çalışsalar da həmişə olduğu kimi, bu gün də cəmiyyətin sərt təpkisi ilə qarşılaşaraq nokaut vəziyyətinə düşürlər.

Fikirlərimizi ətraflı izah etmək üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Bu günlərdə Ə.Kərimlinin “Milli Şura”nın 21 aprel mitinqi ilə bağlı Q.Zahidin “Azərbaycan saatı” internet tv-sindəki çıxışına diqqət etmək kifayətdir. Həmin verilişdə AXCP sədri vay-şüvən salaraq bildirir ki, aprel mitinqi ilə bağlı davamlı olaraq cəmiyyətə, insanlara çağırışlar etsə də heç kimdən bu mitinqdə iştirakla bağlı müsbət cavab ala bilmir. Əslində Ə.Kərimli dolayısı ilə etiraf edir ki, cəmiyyət ona “yox” deyir. Müdriklərimiz yaxşı deyiblər: “İlan vuran ala çatıdan qorxar”. Ə.Kərimlinin təmsil olunduğu radikal müxalifətin  avantürist çağırışlarına, psevdovətənpərvərliyinə hələ ötən əsrin 90-cı illərindən yaxşı bələd olan cəmiyyətimiz əlbəttə ki, bu marginalların heç bir çağırışına məhəl qoymur, onların dağıdıcı iddia və ideyalarını birmənalı şəkildə rədd edir. Ona görə də yalnız trollarına, eləcə də Qənimət Zahid, Qabil Məmmədov, Sevinc Osmaqnızı kimi xəyanətkarlara ümid edən Ə.Kərimli indi meydanda tək qalıb.

Yeri gəlmişkən, ABŞ-da sığnacaq tapan, məlum dairələrin sifarişi ilə okeanın o tayından ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparan S.Osmanqızı bir vaxtlar yaxasını yırtaraq  deyirdi ki, Rusiya tamam çöksə də, öz ordusunu Ukraynadan, Moldovadan, Gürcüstandan, hər yerdən çıxaracaq, amma Azərbaycandan çıxarmayacaq: “Əgər İlham Əliyev 2025-ci ildə rus ordusunu Azərbaycandan çıxarsa, mən ona “bravo” deyəcəm, birinci deyəcəm, rəhbər deyəcəm”. 

Əsl mənəvi-əxlaqi şikəstlik rəmzi olan Qabil Məmmədov isə daha irəli gedərək “Azərbaycan hökuməti Qarabağı azad etməyəcək. Bu hakimiyyət nəinki Qarabağı, hətta orada bir kəndi azad etsə mən bir qulağımı kəsəcəyəm” deyirdi.  Qarabağımız tamamilə düşməndən azad edilsə də, Qabil Məmmədov kimi mənəviyyatsız, düşük element nədənsə hələ də qulağını kəsmir.

Bunların sifəti, əsl siması budur. Belələri fiziki baxımdan sağ olsalar da mənəvi cəhətdən çoxdan ölüblər...

Zahid Rza, “İki sahil”

Chosen
118
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21132
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19327
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18265
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17663
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16851
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16658
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15510
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11979
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9118
"Zaur, yenə çaşdın..." - VİDEO
8871
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8324
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8001
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7516
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7158
Minimum əmək haqqı nə qədər arta bilər?
7091
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6362
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5768