“Milan” Kevin Zeroli ilə müqaviləni yeniləyib.
“Football-plus.az” xəbər verir ki, İtaliya klubunun saytının yaydığı xəbərə görə, 19 yaşlı futbolçu ilə müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulan yeni müqavilə imzalanıb. Zeroli 2010-cu ildən “Milan”ın sistemindədi. O, bu mövsüm klubun U-19 komandasının kapitanıdı.
Kevin indiyədək “Milan”ın əsas komandasının heyətində yalnız 3 matç keçirib və cəmi 27 dəqiqə meydanda olub.