EN

Münhenlilər 11 mövsüm birinci olub

“Bayer-04” “Verder”i darmadağın edəndən sonra tarixindəki ilk Almaniya çempionluğunu təminat altına aldı.

“Football-plus.az” xəbər verir ki, bu mövsümə qədər klubun qənimətlər siyahısında yalnız 1987/88 mövsümündə qazanılan UEFA kuboku və 1992/92-də qazanılan ölkə kuboku var idi. “Aspirinlər” 5 dəfə bundesliqada 2-ci yeri tutub, 3 dəfə ölkə kubokunun, 1 dəfə isə Çempionlar Liqasının finalında uduzub. Yeni çempionların üzə çıxması nadir rast gəlinən hadisədi. 21-ci əsrdə Avropanın beş ən gclü çempionatında yalnız titulun 5 yeni sahibi peyda olub. İngiltərədə “Lester”, Almaniyada “Volfsburq”la “Bayer-04”, Fransada “Lion”la “Monpelye” tarixi sıçrayış edib. Yeri gəlmişkən, yalnız “Lion” nəhənglər arasında mövqeyini qoruya bilib.
“Böyük beşlik” və “2-ci eşelon” ölkələrində 21-ci əsrin yeni çempionları

mövsüm klub ölkə məşqçi
2000/01 Boavişta Portuqaliya Jayme Paşeko
2001/02 Lion Fransa Jak Santini
2008/09 Volfsburq Almaniya Feliks Maqat
2009/10 Tvente Niderland Stiv Maklaren
2011/12 Monpelye Fransa Rene Jirar
2015/16 Lester İngiltərə Klaudio Ranyeri
2023/24 Bayer-04 Almaniya Xabi Alonso

“Bayer-04” həm də ardıcıl 11 mövsümündə çempion titulunu əldən verməyən “Bavariya”nın unikal seriyasını qırdı. Bu, Avropanın beş aparıcı çempionatı üçün mütləq rekorddu. “Yuventus” 9, “Lion” 7 il qənimətə heç kimi yaxın buraxmayıb. Daha bir maraqlı məqam odu ki, Fransa klubunun seriyası məhz ilk çempionluqdan sonra başlayıb.

“Böyük beşlik” ölkələrində ən uzun çempionluq seriyaları
klub çempionat illər titul sayı
Bavariya Almaniya 2013-23 11
Yuventus İtaliya 2012-20 9
Lion Fransa 2002-08 7
Yuventus İtaliya 1931-35 5
Real İspaniya 1961-65 5
Real İspaniya 1986-90 5
İnter İtaliya 2006-10 5
Torino İtaliya 1946–49 4
Sent-Etyen Fransa 1967-70 4
Marsel* Fransa 1989-92 4
Barselona İspaniya 1991-94 4
PSJ Fransa 2013-16 4
* “Marsel” 1992/93 mövsümünü də 1-ci yerdə bitirib, ancaq tituldan məhrum olunub.

Chosen
85
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1083
Bu yol qovşağında təmir işləri aparılacaq
713
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
415
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
358
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
326
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
312
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
248
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
202
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111