EN

Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir (FOTO)

Bakı. Trend:

Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübəkeçmək imkanı təqdim edəcək.

Azercell böyük məmnuniyyətlə ADA Universitetinin KaryeraHazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri biraraya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafınatəkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsitələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlifsektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir.Azercell-in bu ADA Universitetinin Karyera Xidmətləri şöbəsinintəşkil etdiyi tərbirdə iştirakı şirkətin istedadları inkişafetdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə verməköhdəliyini əks etdirir.

Azercell-in Karyera Hazırlığı Həftəsində keçirdiyi seminarlartelekommunikasiya sektoruna dair anlayışlar, emosional zəkanınrolu, müsahibə bacarıqlarının mənimsənilməsi, uğur və biznesetikası, telekommunikasiya sahəsində sahibkarlıq və innovasiyalar,şəxsi brendinqin əhəmiyyəti və rəqəmsal şəbəkə kimi bir sıramövzuları əhatə edəcək.

Yekun qiymətləndirmə və müsahibələr nəticəsində Azercell ADAUniversitetinin beş tələbəsinə yay mövsümü ərzində təcrübə keçməkimkanı təqdim edəcək. Bu təcrübə tələbələrə praktiki bacarıqlar vətelekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.

“Karyera Hazırlığı Həftəsində iştirak etməkdən və tələbələrininkişafına töhfə verməkdən məmnunuq”, - deyə Azercell-in İnsanKapitalının İdarə Edilməsi Departamentinin Direktoru DilarəHüseynova bildirib. “Biliklərimizi bölüşməklə və təcrübə imkanlarıtəklif etməklə gələcək nəsil peşəkarları gücləndirmək və onlarınəmək bazarında uğur qazanmalarına kömək etmək istəyirik”.

Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübəkeçir. Lider mobil operator tələbələrin telekommunikasiyasektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcəkkaryeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.

Azercell
Azercell
Azercell
Azercell
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
12
az.trend.az

2Sources