EN

Azərbaycanda ŞOK FIRILDAQ

Tovuz rayonunda saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az xəbər verir ki, Şəmkirin Dəllər-Daşbulaq kəndinin sakini olan və baytar kimi çalışan 1998-ci il təvəllüdlü Səbuhi Bayramovun sürücülük vəsiqəsinin saxta olduğu üzə çıxıb. Belə ki, o, Tovuzdakı regional ASAN Xidmət mərkəzində vəsiqəni dəyişdirərkən sənəd şübhə doğurub. Bundan sonra vəsiqə ekspertizaya təqdim edilib və onun saxta olması müəyyən edilib. Səbuhi barəsində isə Cinayət Məcəlləsinin 320-ci, yəni sənədlərin saxtalaşdırılması maddəsi ilə cinayət işi açılıb.

Səbuhi ifadəsində deyib ki, saxta sürücülük vəsiqəsini əsgərlik yoldaşı olan İxtiyar vasitəsilə 750 manata alıb:

“Əsgərlikdən sonra İxtiyarla aramda münasibət qalmışdı. 2023-cü ilin avqust ayında onunla telefonda danışarkən məndən sürücülük vəsiqəsi alıb-almadığımı maraqlandı. Dedim ki, işlərim çoxdu deyə sürücülük imtahanına hazırlaşa bilmirəm. İxtiyar dedi ki, çox özümü yormayım, onun Rüfət adlı qohumunun tanışları var və həmin şəxslər Rusiya Federasiyasında asan yolla sürücülük vəsiqəsi hazırlayırlar. Həmin sürücülük vəsiqəsini Azərbaycanda ASAN Xidmətə təqdim etməklə rahat şəkildə Azərbaycana məxsus sürücülük vəsiqəsi əldə etmək mümkün olur. Bu fikir maraqlı gəldi və İxtiyardan xahiş etdim ki, bu məsələ ilə bağlı daha geniş maraqlansın. Bir müddət sonra İxtiyar zəng edərək dedi ki, məsələni həll etmək mümkündür. Bunun üçün fotolarımı və 750 manat pulun lazım olduğunu dedi. İxtiyar bildirdi ki, sürücülük vəsiqəsi Rusiyada hazırlanır və sentyabr ayının əvvəlində göndəriləcək. Şəkilləri İxtiyara "WhatsApp" vasitəsilə göndərdim, pulu isə kartına yüklədim. 15 sentyabr 2023-cü ildə dedi ki, vəsiqə hazırdır, Rusiyadan göndəriblər və Şəmkirə gələn taksi ilə vəsiqəni mənə çatdırdı. Üzərində “RUS” yazılı sürücülük vəsiqəsinin verilmə tarixi 2020 kimi qeyd olunmuşdu. Mən də 18 sentyabr 2023-cü il tarixdə Tovuz rayonunda yerləşən ASAN xidmət mərkəzinə müraciət etdim. Çünki bizə ən yaxın ASAN xidmət mərkəzi Tovuzdadır. Vəsiqəni oradakı əməkdaşa təqdim edib dedim ki, bu vəsiqəni Rusiya Federasiyasından özüm almışam və indi Azərbaycan Respublikasında olacağım üçün Azərbaycana məxsus sürücülük vəsiqəsi ilə dəyişmək istəyirəm. Həmin əməkdaş sürücülük vəsiqəsinə baxanda dedi ki, bu sənəddə nəsə problem var, saxtaya oxşayır. Amma mən dedim ki, heç bir problem yoxdur. Bundan sonra ASAN Xidmətdəki əməkdaş dedi ki, mənə bir illik sürücülük vəsiqəsi verilir, amma Rusiyaya məxsus sürücülük vəsiqəsini yoxlamaq üçün götürdülər. Daha sonra məni polisə çağırdılar. Əməlimdən çox peşmanam”.

Tovuz rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Səbuhiyə 300 saat ictimai işlər cəzası təyin edilib və üzərinə elektron qolbaq taxılıb.

Chosen
47
26
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19881
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16131
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15948
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15899
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15211
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11724
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11206
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7890
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7703
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7576
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7327
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6095
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696