EN

Müxalifət üçün radikallıq və cəmiyyətin parçalanması daha önəmlidir - Rauf Əliyev

Bakı. Trend:

Cari ilin 21 aprel tarixində Milli Şura ilə AXCP-nintəşkilatçılığı altında keçirilməsi nəzərdə tutulan mitinq əslindəfəaliyyətsiz və nüfuzsuz vəziyyətə düçar olan müxalifətin öhdəçilikəsasında fəaliyyətinin canlandırması üçün ortaya atdığı oyun hesabetmək olar. Özlərini müxalifət hesab edən bu insanlar regionda vəölkədə baş verən inkişafa heç bir yenilik gətirmirlər əksinə ancaqgörülən işlərə kölgə salmaq niyyətindədirlər. Azərbaycanın işğalçıErmənistanı tamamilə siyasi müstəvidə küncə sıxışdırdığı dövrdə,tarixi sülh müqaviləsini bağlamağa yaxın olduğu anda, Qazaxınkəndlərinin geri qaytarılmasının müzakirələri getdiyi zamanda AXCPilə özlərini Milli Şura adlandıranların fəallaşması təsadüfi hesabolunmur. Müxalifət tərəfindən planlaşdırılan mitinq ölkədə yaranansiyasi sabitliyi pozmağa və hakimiyyətin gördüyü işlərə kölgəsalınmasına xidmət edir.

Bu gün özlərini radikal müxalifət hesab edənlərə təklif olunmuşsiyasi dialoqdan imtina etməsi də onların himayədarlarınıntələbidir. Onlar üçün siyasi dialoq və sivil yolla siyasi mübarizəyox, radikallıq və cəmiyyətin parçalanması daha önəmlidir. Bubaxımdan radikallıqları ilə müxalifət hesab olunanların cəmiyyətəmüraciət etməyə və siyasətdə mövcudluqlarına lüzum yoxdur. Dünyasiyasətində gedən prosesləri görə-görə insanları meydanlaraçağırmaqla ölkədəki əminamanlığı, sabitliyin pozulmasına cəhdedilməsi xainlik və düşmənçilkdir. Xalqımız çox müdrik vəuzaqgörəndir. Dünyada baş verən siyasi prosesləri yaxşıqiymətləndirə bilir və qərb dövlətlərinin məkrli planlarını hər kəstam reallığı ilə məlumdur.

Xalqımız əldə olunan uğurları yüksək dəyərləndirir və hakimiyyəttərəfindən aparılan müstəqil siyasəti dəstəkləyir. Bu baxımdanxalqımız özlərini həqiqət carçısı kimi qələmə verən radikalmüxalifətin çağırışlarına əhəmiyyət verməyəcək.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
1
az.trend.az

2Sources