EN

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsinə ziyarət təşkil edilib.

OLAY yazır ki, Dünya əhəmiyyətli memarlıq abidəsi olan Ramana qəsrində keçirilən tədbirə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ictimaiyyət nümayəndələri və orta məktəb şagirdləri qatılıb. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ölkəmizdə də hər il bu tarixdə abidələrdə və tarixi məkanlarda mədəni irsin təbliği məqsədilə müxtəlif maarifləndirici aksiyalar keçirilir. 

Bu ilki tədbirlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Qeyd edib ki, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltmək üçün ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsində tədbirlər təşkil edilib.

 Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində böyük işlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir. Ölkə başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir. Tədbirdə şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Qeyd edək ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Chosen
114
1
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
617
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
366
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
272
Bu yol qovşağında təmir işləri aparılacaq
248
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
171
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
151
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
127
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
124
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
116
Bakıda 9 otaqlı evdə yanğın baş verib
110
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
96
Çingiz Mustafayevin toyudur - FOTOLAR
95
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
81
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
78
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
64
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
63
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
40
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
35
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
33