EN

AZAL-dan şikayət: Nə zəngə cavab verirlər, nə də...

Aktyor Kamran Ağabalayev AZAL-dan şikayət edib.

Yenisabah.az xəbər verir ki, o, "Facebook" səhifəsində status paylaşıb:

“Dünən 02:20-də Mahaçkaladan Bakıya uçmalı olan təyyarə necə olursa 21:50-də uçur. Oğlum Mahaçkalada qalır, gecə şəhərə dönüş, otel axtarışı, əlavə xərclər... Dünən 01:00-dan şirkətlə əlaqə yaratmaq mümkün deyil, saat 12:38-dir, 11 saatdır “Düşüncə” dinləyirəm. Ad qoya bilmirəm bu etdiyinizə. Nə zəngə, nə vatsapa cavab verirlər”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
5
yenisabah.az

6Sources