EN

Türkmənistan TRACECA çərçivəsində nəqliyyat və tranzit dəhlizlərinə investisiyaların genişləndirilməsinə hazırdır

"TRACECA” Hökumətlərarası Komissiyası Türkmənistanın Vahid Tranzit İcazəsi haqqında Sazişi imzalamağa, Multimodal Nəqliyyatın İnkişafına dair Sazişə və çoxtərəfli icazə sisteminə qoşulmağa hazır olması ilə bağlı mövqeyini gözləyir.

"Report" Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Türkmənistana səfəri çərçivəsində Komissiyanın Daimi Katibliyinin Baş katibi Asset Assavbayev deyib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişaf perspektivlərini müzakirəsi zamanı Türkmənistan tərəfi nəqliyyat və tranzit dəhlizlərində investisiya imkanlarının genişləndirilməsinə yönəlmiş müvafiq TRACECA sənədlərinin birgə icrasını davam etdirməyə hazır olduğunu bildirib.

“A.Asavbayev Daimi Katibliyin üzərində işlədiyi cari TRACECA təşəbbüsləri, onların həyata keçirilməsinin gedişi barədə Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin Baş direktoru Məmmədxan Çakıyevə məlumat verib, həmçinin bu dəhliz çərçivəsində multimodal daşımaların daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb”, - məlumatda qeyd edilib.

Tərəflər TRACECA çərçivəsində daşıma həyata keçirən sürücülər üçün viza rejiminin sadələşdirilməsi məsələsini və Türkmənistan tərəfinin bu məsələdə dəstək göstərməyə hazır olmasını müzakirə ediblər.

Müzakirələrdən sonra A.Asavbayev Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin TRACECA-nın Türkmənistanda tezliklə daimi nümayəndəsinin (milli katib) təyin edilməsinin zəruriliyini vurğulayıb və bildirib ki, bu, onların təşəbbüslərinin ölkədə həyata keçirilməsini operativ şəkildə əlaqələndirəcək.

Xatırladaq ki,TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakıda 9 ölkənin - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.

Chosen
51
50
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21100
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19323
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18260
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17655
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16829
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16650
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15506
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11974
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9096
"Zaur, yenə çaşdın..." - VİDEO
8871
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8306
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7996
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7504
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7151
Minimum əmək haqqı nə qədər arta bilər?
7086
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6354
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5763