EN

Suraxanıda içməli sudan qanunsuz istifadənin qarşısı alınıb - FOTOLAR/VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. 

"Unikal" xəbər verir ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti və layihəsi var.

Lakin obyektin sahibi texniki şərtin icrası öhdəliyini və tələblərini yerinə yetirməyib. Əksinə, binanın əsas su xəttini layihədə nəzərdə tutulan nöqtəyə  deyil, başqa istiqamətdən özbaşına, şəbəkəyə müdaxilə etməklə birləşdirib. 
Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində bir sahibkara məxsus  market, aptek, zoomağaza və ət satışı obyektlərində də suyun talanması aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan şəbəkəyə qanunsuz olaraq qoşulub. 

Hövsan-Türkan yolu üzərində yerləşən marketdə də oxşar vəziyyət aşkarlanıb. Marketin su təchizatı qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Bülbülə qəsəbəsində yeni inşa olunan mebel sexinin  sahibi texniki şərt almadan və müqavilə bağlamadan obyektin su xəttini özbaşına şəbəkəyə qoşub. 

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. 

Qeyd edək ki, cari ilin birinci rübündə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Suraxanı rayonunda 76, ümumilikdə isə 1250 fakt aşkarlanaraq qarşısı alınıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə yolverilməzdir. Bu əməlləri törədən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
 

Chosen
52
50
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
294
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
250
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
223
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
215
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
212
Azərbaycanda bu məhsul bahalaşdı
204
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
203
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
178
Helikopter qəzası ilə bağlı yeni xəbər
164
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
157
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
157
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
152
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
147
Həlak olan şəxslər sabah dəfn olunacaq
146
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
145
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
143
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
118
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
115
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
114
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
110