EN

Azarkeşlər Salyanskini seçdi, amma...

Srağagün “Neftçi” sosial şəbəkə hesablarının birində Ağadadaş Salyanski ilə Andre Şinyaşiki arasında səs-vermə keçirib.

Belə ki, auditoriyaya “Neftçi” - “Araz-Naxçıvan” matçının ən yaxşısını seçmək təklif olunub. Azarkeşlər isə Ağadadaş Salyanskini seçib. Öncə Ağadadaşın şəkli paylaşılsa da, sonradan həmin şəkil silinib və əvəzində Şinyaşiki qoyulub.

Qeyd edək ki, Ağadadaş həmin oyunda cəmi 3 dəqiqə meydanda olub. Qəfil şəkil dəyişikliyinin səbəbini paytaxt klubunun mətbuat xidməti rəhbəri Emin Əfəndidən soruşduq:

“Sadəcə, texniki səhvlik baş verdi”.

ƏSƏD SEYİDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
Sources
Comment ()
Close