EN

ABŞ Venesuelaya qarşı neft sanksiyalarını bərpa edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ prezidenti Co Baydenin administrasiyası ölkə lideri Nikolas Maduronun seçki öhdəliklərini yerinə yetirməməsi səbəbindən Venesuelanın neft şirkətləri üçün sanksiyaları yüngülləşdirən əsas lisenziyanı (GL 44) yeniləməyəcək. Müvafiq bəyanat Amerika Maliyyə Nazirliyinin saytında dərc olunub.

Eyni zamanda, əvvəllər “Chevron”, “Repsol” və “Eni” neft şirkətlərinə verilmiş Venesuela neft sektoru ilə qarşılıqlı fəaliyyət üçün icazələr ləğv edilməyib ki, bu da Venesuela neftinin ABŞ və Avropaya gələcək tədarükünü təmin edir.

Venesuelanın neft və qaz sektoruna imtiyazlar verən 44 saylı lisenziya (GL 44) 30 yanvar 2024-cü ildə qəbul edilib. ABŞ 2019-cu ildə Maduronun yenidən prezident seçilməsindən sonra Cənubi Amerika ölkəsinin neft sektoruna qarşı geniş sanksiyalar tətbiq edib, ABŞ və digər Qərb hökumətləri bunu rədd edib.

Chosen
222
49
Sources
Comment ()
Close