EN

Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir

ABŞ və Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir və Ermənistan bu məsələdə alət rolunu oynayır.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır: “Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər”.

“Aprelin 5-də Brüsseldə keçirilən görüş zamanı Ermənistana “Building Armenia’s Defense and Security Resilience” adlı planın (Rusiya hərbi bazasının və rusiyalı sərhədçilərin ABŞ-Aİ-NATO qüvvələri ilə əvəz edilməsini, onların Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərini genişləndirmələrinin, həmçinin “Metsamor” atom elektrik stansiyasının sökülməsi yolu ilə Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini özündə ehtiva edir) zorla qəbul etdirilməsi üzə çıxarsa, təəccüblənməyəcəyik”, – o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etməyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini zəiflətməyi qarşılarına məqsəd qoyublar:

“Qərb ölkələri Cənubi Qafqazda sülh haqqında nə qədər xoş sözlər desələr də, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi ən yaxın qonşuları bir-birinə qarşı qoymağa can atır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
2
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24611
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
14015
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12683
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9783
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6816
Rəisi öldü, Pakistanda matəm elan edildi
6401
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5878
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5695
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5649
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4146
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4123
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3942
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3728
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3584
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3234
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2852
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797