EN

Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİNƏTİCƏLƏR AÇIQLANDI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bugünədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların heç birində palma yağının özünəməxsus hər hansı təhlükəsi ilə bağlı məlumat dərc edilməyib..

Q.Təhməzli xatırladıb ki, palma yağı həm qida, həm də qeyri-qida sənayesində geniş istifadə olunan xammaldır: "Digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən qida sənayesində geniş istifadə olunur. Palma yağını digər bitki yağlarından fərqləndirən başlıca səbəb bir bitkidən iki fərqli yağın əldə edilməsidir. Bunlardan biri palma meyvəsinin lətli hissəsindən əldə edilən, digəri isə palma meyvəsinin çəyirdəyindən əldə edilən yağdır. Hər iki yağ qida sənayesində istifadə olunur, lakin palma meyvəsindən əldə olunan yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma/bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur".

Onun sözlərinə görə, dünyada istehsal olunan palma yağının təxminən 72 faizi qida sənayesində istifadə olunur:

"Statistikaya əsasən dünyanın ümumi bitki yağı ehtiyacının 33 faizi palma yağı hesabına təmin edilir. İlk dəfə palma yağı ətrafında müzakirələr 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən bütün bitki yağlarının , o cümlədən palma yağının emalı zamanı yaranan müəyyən kimyəvi maddələrlə bağlı məqalə dərc olunduqdan sonra aktuallaşıb. Qida təhlükəsizliyi qanunvericiliyində ən aktual məsələlərin nəzərə alınması və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə eyni tənzimləmə 2020-ci ildən etibarən ölkəmizdə də tətbiq edilməyə başlanıb".

Chosen
79
6
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1341
Azərbaycanda bu məhsul bahalaşdı
1248
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1162
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1014
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1011
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1001
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
975
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
974
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
969
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
916
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
833
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
788
Helikopter qəzası ilə bağlı yeni xəbər
769
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
743
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
707
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
680
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
662