EN

Almaniyada 2 nəfər casusluq ittihamı ilə həbs edildi

Almaniyada iki nəfər Rusiyanın məxfi xidmət agenti olmaq şübhəsi ilə həbs edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Federal Prokurorluq açıqlama yayıb.

Açıqlamaya görə, sözügedən şəxslər "Donetsk Xalq Respublikası (PRD) təşkilatına üzvlük" səbəbi ilə həbs ediliblər. 

Daha əvvəl barələrində həbs qətimkan tədbiri seçilən şübhəlilər hakim qarşısına çıxarılıb. 

Bundan əlavə, Bayvera Dövlət Kriminal Polis İdarəsi şübhəlilərin yaşayış və iş yerlərində axtarış aparıb. 

Şübhəlilər məxfi xidmət agentləri olmaqla yanaşı, terror təşkilatına üzv olmaq, partlayıcı maddələr hazırlamaq, təxribat məqsədilə casusluq fəaliyyətləri, hərbi obyektlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər kimi müxtəlif hərəkətlərdə ittiham olunurlar.

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
106
2
Sources
Comment ()
Close