EN

Rusiya XİN: Qərb nüvə şantajı ilə məşğuldur

Qərb nüvə şantajı ilə məşğuldur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qərb Zaporojye Atom Elektrik Stansiyasına nəzarətin Kiyevə verilməsini tələb edərək nüvə şantajı ilə məşğul olur.

"Özləri də fərqinə varmadan ultimatum şəklində çıxış ediblər. “Zaporojye AES-ə nəzarəti təhvil verin, onda onu atəşə tutmağı dayandıracaqlar”. Sitatın sonu. Düşünürəm ki, bu, baş verənlər haqqında çox şey deyir", - Zaxarova vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
50
apa.az

10Sources