EN

"Azercell" “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

“Azercell Telekom” MMC Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən “GSMA M360 Eurasia 2024” konfransının baş sponsoru qismində çıxış edir.  

"Unikal" xəbər verir ki, ötən il olduğu kimi, bu il də konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayacaq.  Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılacaq.   

“Yüksək sürətlə irəliləyən elmi-texnoloji inkişaf, bir çox sahələrdə proseslərin avtomatlaşdırılması davamlı inkişaf üçün sərhədsiz imkanlar vəd edir. Bu gün "Azercell"in lider mobil operator mövqeyində qərarlaşması bizi ölkənin rəqəmsal ekosisteminin formalaşması prosesinin aparıcı qüvvələrindən birinə çevirir. Bu bizim üçün böyük məsuliyyət deməkdir”,- deyə "Azercell"in prezidenti Zərinə Zeynalova bildirdi. “Biz “GSMA M360” kimi nüfuzlu beynəlxalq  tədbirə Bakıda ev sahibliyi etməkdən qürur duyuruq. İnanırıq ki, konfrans davamlı gələcəyin qurulmasına  öz töhfəsini verəcək, bu mövzuda aparılan müzakirələr və yeni tərəfdaşlıqlar üçün uğurlu platforma rolunu oynayacaq”. 
Konfransın açılış günündə rəqəmsal dövrün transformasiya gücü, eləcə də MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yolları müzakirə ediləcək. Əsas mövzular arasında generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) yer alır. Tədbirin ikinci günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər barədə danışılacaq. Daha sonra sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik kimi mövzular ətrafında müzakirələr aparacaqlar. 

Qeyd edək ki, ötən il tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılmışdır ki, onlardan 30%-i müxtəlif şirkət və qurumların rəhbərləri, 45%-i isə qeyri-telekommunikasiya sahəsində çalışan iştirakçılar təşkil edirdi. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir. 

15- 16 may tarixlərində “JW Mariott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.

Chosen
296
50
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20420
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19201
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18179
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17570
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16434
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16234
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16034
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15329
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11831
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11241
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8353
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7947
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7838
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7399
Minimum əmək haqqı nə qədər arta bilər?
7039
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6971
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6209
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5727