EN

FHN Bakı Avropa Liseyində təlim keçirib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə paytaxtın Xətai rayonu ərazisində yerləşən Bakı Avropa Liseyində fövqəladə hallarla mübarizə mövzusuna dair təlim keçirilib.

APA xəbər verir ki, tədbirdə Nazirliyin Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyətinin iştirak etdiyi təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub.

Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə məlumat verib, maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Sonra liseyin direktoru Zülfiyyə Veysova heç kəsin fövqəladə hadisələrdən sığortalanmadığını, təhsil müəssisələrində fövqəladə hadisələrlə bağlı aparılan maarifləndirmə tədbirlərinin bu baxımdan vacibliyini vurğulayıb.

Təlimin nəzəri hissəsində FHN əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

Sonda tədbirdə iştirak edən məktəblilər öz suallarını FHN əməkdaşlarına ünvanlayıb.

Daha sonra təlimin praktik hissəsində şərti zəlzələ həyəcanı elan edilib. Zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub. Şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.

Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq təşkil olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
13
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22986
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12618
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8305
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5532
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5423
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
4090
Rəisi öldü, Pakistanda matəm elan edildi
3932
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3590
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3500
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3251
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3134
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2937
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2698
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2541
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2418
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142