EN

Yunus Oğuzun "Cığır" romanında müasir Azərbaycan döyüşçüsünün ən mükəmməl obrazı yaradılıb -AÇIQLAMA

Yunus Oğuzun "Cığır" romanında müasir Azərbaycan döyüşçüsünün ən mükəmməl obrazı yaradılıb". 

“İki sahil” xəbər verir ki,  bu sözləri siyasi ekspert Aydın Quliyev deyib.

"Müasir Azərbaycan əsgərinin peşəkar hazırlığını, mənəvi-əxlaqi aləmini daha yaxından tanımaq üçün Yunus Oğuzun "Cığır" romanında yaratdığı obrazlardan daha tutarlı obrazlar, məncə, hələlik düşünmək çətindir. Ona görə, "Cığır" romanının Dövlət mükafatına təqdim olunması, düşünürəm ki, ona ən layiqli qiymətdir və yəqin ki,  lazımi qərar qəbul olunacaq. Həm də "Cığır" romanı müstəqil  Azərbaycan tarixinin böyük zəfər mərhələsinin ilk bədii ədəbi salnaməsidir. Çünki Qarabağ müharibəsi, Qarabağ problemi başlayandan indiyə qədər bu hadisələrin ədəbi-bədii kontekstdə işıqlandırılması barədə çoxlu əsərlər yazılsa da, amma, yəqin bu dediklərim heç kimin xətrinə dəyməz, Yunus Oğuzun "Cığır" romanı qədər klassik, nümunə yaradan ikinci bir əsər yoxdur. Bu cəhətdən də "Cığır" romanının Dövlət mükafatına təqdim olunması təqdirəlayiq hadisədir. 

Ümumiyyətlə, Yunus Oğuzun özü  Azərbaycanda çoxsaylı tarixi romanların müəllifi kimi tanınır və tarixi roman yazarları içərisində deyərdim ki, ən məhsuldarlarından biridir. Həm də Yunus Oğuzun tarixi romanlar yaradıcılığı  Azərbaycan ədəbiyyat tarixində bir hadisə kimi düşünülməlidir. Ona görə ki, Yunus Oğuz digər tarixi roman, tarixi əsər müəllifləri kimi sadəcə dəbə uymaq, modaya qoşulmaq xatirinə yox, tarixi hadisələri və tarixi romançılığa yeni baxış nümayiş etdirmək nöqteyi -nəzərdən təqdirəlayiq nümunələr yaradıb. Onun tarixi romanlarının hamısında bizim tarixə yeni, cəsarətli, həm də maraqlı baxış var. Mübahisəli məqamlar ola bilər, amma Yunus Oğuzun tarixi romançılığının parlaq xüsusiyyəti odur ki, əvvəla, o, milli -mənəvi dəyərlərə və tariximizə söykənir. İkincisi, cəsarətli yanaşmaları ilə seçilir. Ənənəvi yanaşmalardan fərqli, cəsarətli yanaşmalar var. Yunus Oğuzun "Cığır" romanı da ədəbiyyat tariximizdə tarixi hadisədir, buna görə də onun Dövlət mükafatına layiq görülməsi, düşünürəm ki, onun layiqli qiymətidir".

Chosen
60
25
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19738
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19061
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18119
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17419
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16032
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15927
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15766
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11690
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7476
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7417
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7298
Minimum əmək haqqı nə qədər arta bilər?
6999
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6825
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5687