EN

Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanıldı

Bakı. Trend:

Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqdaşübhəli bilinən iki nəfər həbs olunub.

Trend xəbər verir ki, "Der Spiegel" jurnalının məlumatına görə,Bavariya federal əyalətinin Bayroyt şəhərində keçirilən əməliyyatnəticəsində 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J.saxlanılıb.

Müstəntiqlər hesab edirlər ki, şübhəlilər 2023-cü ilin oktyabrayından bəri Almaniyada təxribat törətməklə bağlı Rusiya xüsusixidmət orqanları ilə məlumat mübadiləsi aparırlar. Onlar hərbiinfrastruktur və sənaye obyektlərində yanğın və partlayış planlarıhazırlayıblar. Diversantların hədəfində hərbi yüklərin daşınmasıüçün istifadə edilən nəqliyyat marşrutları da olub.

Almaniya prokurorluğu Dieteri kəşfiyyat və təxribat məqsədidaşıyan gizli fəaliyyətdə, Aleksandrı isə xüsusi xidmət orqanlarıilə əlaqədə ittiham edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
3
Sources
Comment ()
Close