EN

Paşinyan: “Ermənistanın delimitasiya və demarkasiyadan imtinası yeni eskalasiyaya səbəb olacaq”

Ermənistanın delimitasiya və demarkasiyadan imtinası yeni eskalasiyaya səbəb olacaq.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətində sərhəd kəndlərinin sakinləri ilə görüşündə deyib.

Paşinyan bildirib ki, Ermənistanın Azərbaycanla sərhədləri delimitasiya və demarkasiya etməkdən imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq.

Xatırladaq ki, martın 7-də hər iki ölkənin baş nazirlərinin müavinlərinin iştirakı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın sonuncu iclası keçirilib.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
Sources
Comment ()
Close