Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəstəxanalıq olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İrəvanlı kəndində baş verib.
Hərəkətdə olan "VAZ-2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması zamanı 1993-cü il təvəllüdlü İlkin Səfərov, 1993-cü il təvəllüdlü Ehtiram Quliyev, 1992-ci il təvəllüdlü Elşad Yaqubov və 1981-ci il təvəllüdlü Etibar Həsənəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu